Yeni mühərrikdən Rikkardo istifadə edəcək

Red Bull komandası Monako QP-də Renault-nun yeni mühərriyini Daniel Rikkardonun istifadə etməsinə qərar verib.

F-1.az xatırladır ki, Renault əvvəlcə yeni mühərriyi Kanada QP-də gətirmək istəyirdi, amma Barselonadakı mövsümiçi testlərdə mühərrik ilk dəfə istifadə edilmiş və əvvəlki versiyadan yarım saniyə sürətli olduğu məlum olmuşdu.

İspaniyadakı testlərdən sonra Renault bütün məlumatları təhlil edərək belə qərara gəlib ki, yeni mühərrikdən artıq Monakoda istifadə etmək olar. Ancaq Monakoya sadəcə iki ədəd yeni mühərrik gətiriləcək və bunlardan biri Red Bull-a, digəri isə Renault komandasına çatacaq.

Red Bull bu gün verdiyi açıqlamada bildirib ki, yeni mühərrikdən Daniel Rikkardo istifadə edəcək. Renault zavod komandasında isə yeni mühərrikdən Kevin Maqnussen istifadə edəcək.

Bu qərarlardan sonra həm Ferstappen, həm də Palmer Monakoda köhnə versiya mühərrikdən istifadə edəcəklər…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*