F-1.az xatırladır ki, Pirelli keçən il yeni texniki reqlamentin müəmmalarına görə daha sərt təkərlər hazırlasa da, bu il tərkibləri nisbətən yumşaq hazırlayıb.
Tim Qoss: “Pirelli mövsümün ilk yarışları üçün hansı təkərləri gətirəcəyini açıqlayıb və belə düşünürəm ki, iki pit-stoplu yarışlar görəcəyik. Bundan başqa asfaltla ilişmə artdığı üçün dövrəvi nəticələr 0.5-1.0 saniyə yaxşılaşacaq.
Əbu Dabidəki testlər çox faydalı oldu və təkərlər barədə çox şey öyrəndik. Təbii ki, orada tras şəraiti digərlərindən fərqlidir. Buna görə də qış testlərindən də çoxlu məlumat əldə edə biləcəyik. Tərkiblər arasında fərq var. Buna görə də strategiya quranda hər şeyə nəzər yetirməliyik. Sözün açığı, çox həyəcanlıyıq”.