Yeni mövsüm üçün yarış həftəsonu formatı dəyişdirilib

Builki mövsümdə yarış həftəsonlarının formatı dəyişəcək. Bu, ilk növbədə mərhələlərin sayının artması və təqvimin yüksək sıxlığı ilə bağlıdır.

F-1.az xəbər verir ki, həftəsonları üç gün olacaq – artıq Monako da istisna deyil. Cümə axşamı heç bir rəsmi tədbir olmayacaq – hər şey cümə günü başlayacaq.

Cümə günü səhər saatlarında avtomobillərə rəsmi təftiş keçiriləcək, sürücülər və komanda nümayəndələri jurnalistlərin suallarını cavablandıracaqlar. Sonra iki saatyarımlıq (2021-ci ildə olduğu kimi iki birsaatlıq deyil) məşq olacaq, onların arasında – komanda rəsmiləri ilə ənənəvi FİA mətbuat konfransı və günün sonunda isə sürücülərlə ənənəvi müsahibələr baş tutacaq.

Şənbə və bazar günləri cədvəl eyni qalacaq. Bir saat şənbə məşqi, bir saat sıralanma turu və bazar günü əsas yarışın özü keçiriləcək.

Sprint yarışı nəzərdə tutulan həftəsonları formatı 2022-ci il mövsümünün idman reqlamentinə daxil edilməyib. Keçən il olduğu kimi, bu, komandalarla müzakirə olunacaq və mövsümün gedişində qaydalara düzəlişlər edilə bilər. Hələlik sprint yarışlı altı mərhələnin – Bəhreyn, İmola, Monreal, Şpilberq, Zandfort və San Pauluda keçirilməsi planlaşdırılıb, lakin siyahı yekun deyil və dəqiqləşdirilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*