Renault-nun nümayəndələri bir neçə dəfə bildirmişdilər ki, əgər yeni motor reqlamenti qəbul olunmasa, çempionatı tərk edəcəklər. Renault dördsilindirli motorların tətbiq olunmasında təkid edirdilər, amma bu variant digər motor istehsalçılarını qane etmirdi. Formula1-in Komissiyasının iclasında bütün istehsalçıları qane edəcək kompromis əldə olunub.
Erik Bulye, Lotus Renault GP komandaının başçısı: “Hamı razı oldu ki, 2014-cü ildən bizim idman V6 motorlarına keçəcək, amma layihəni başa çatdırmaq üçün hələ çox iş görülməlidir. Texnoloji cəhətdən V6 dördsilindirli variantdan daha maraqlıdır, bu isə vacibdir, axı Formula1 texniki tərəqqinin zirvəsində qalmalıdır.”