Yeni Mercedes W14 ayın 15-i trasa çıxarılacaq

Mercedes komandası yeni bolidi W14-ü fevralın 15-də təqdim edəcək və həmin gün trasa çıxaracaq.

F-1.az xatırladır ki, “gümüşü oxlar” keçən il mövsümə uğursuz başlasa da, sonlara yaxın sürətlənmiş və 1 yarış qazana bilmişdilər. Alman komandasının builki hədəfi zirvəyə yaxınlaşmaq və titul uğrunda mübarizəyə yenidən qoşulmaqdır.

Mercedes komandasının 2023-cü il bolidi W14 Bakı vaxtı ilə 13:15-də təqdim ediləcək. Tədbirdə komandanın rəhbəri Toto Volff, Sürücülər Lyuis Həmilton və Corc Rassell, ehtiyat sürücüsü Mik Şumaxer iştirak edəcək. Tədbir komandanın sosial şəbəkələrindən canlı yayımlanacaq.

Təqdimatdan sonra isə W14 çəkiliş günü üçün Silverstoun trasına çıxarılacaq və 100 km məsafə qət edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*