Yeni Mercedes Montsada sürət rekordunu yeniləyib

Yeni Mercedes-AMG ONE əfsanəvi Montsa trasında seriyalı avtomobillərin yeni dövrə rekordunu təyin edib.

F-1.az xəbər verir ki,1063 at gücünə malik 1,6 litrlik V6 hibrid turbomühərrikli avtomobil yarış konfiqurasiyasında dövrəni 1:43.902 saniyəyə qət edərək hazırkı rekordu birdən-birə on saniyə yaxşılaşdırıb.

Müqayisə üçün qeyd edək ki, Montsada Formula1-də dövrəvi rekordu 2020-ci ilin sıralanma turunun son sessiyasında 1:18.887-lik nəticə göstərən Lyuis Həmiltona məxsusdur.
Mercedes-AMG ONE 275 cəmi nüsxədə istehsal olunacaq və hər birinin qiyməti 2,7 milyon dollardır. Lyuis Həmilton artıq bu avtomobillərdən ikisini alıb – özü və atası üçün.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*