F-1.az xəbər verir ki, Breklidən olan komanda qarşıdakı mövsümdə çempion titulunu daha bir dəfə qorumağa çalışacaq, ona görə də Barselonda başlayacaq mövsümöncəsi testlərə iki həftə qalmış krəş-test prosedurlarını başa vuran komandalar cərgəsinə qatılıb.
Komandanın icraçı direktoru Pəddi Lou bir neçə gün əvvəl bildirmişdi ki, şassinin yeni təhlükəsizlik tələblərinə cavab verməsi üçün komanda böyük həcmdə iş görüb.
Əsas dəyişikliklər kokpitlə bağlıdır – indi bu hissə çox böyük yüklənməyə tab gətirməlidir.
Komandanın yaydığı bəynatada Lou bildirib ki, “əvvəlki illə müqayisədə fərq çox görünür, indi kokpit hər tərəfdən 5 ton yüklənməyə tab gətirməlidir…”