F-1.az xəbər verir ki, bunu komandanın Uokinqdə yerləşən bazasında McLaren pilotu Lando Norris bildirib. Onun sözlərinə görə, MCL35 bolidi fevralın 13-də azarkeşlərə və mətbuata təqdim olunacaq.
Xatırladaq ki, britaniyalılardan əvvəl daha dörd komanda təqdimat tarixini açıqlamışdı – Ferrari, Red Bull, Alpha Tauri və Haas komandaları da yeni maşınlarını mövsümöncəsi testlərə qədər göstərəcəklər.