Yeni MCL32 də təqdim olunub

Mövsümöncəsi testlərin başlanmasına 3 gün qalmış McLaren komandası yeni maşınını təqdim edib. Ron Dennis istefaya göndərildikdən sonra şassinin ardıcıl adlanmasından imtina edilib və yeni maşına MCL32 adı verilib. Amma yeni maşının rəng çalarları tarixi rənglərə qaytarılıb.

F-1.az xatırladır ki, yeni maşının narıncı olması barədə şayiələr çoxdan gəzirdi, komanda özü də rəngin dəyişəcəyini təkzib etmirdi, təqimat mərasimi isə bütün məsələləri yoluna qoyub – maşında qara-narıncı rənglər üstünlük təşkil edir.

McLaren sadəcə rəngini dəyişməyib, komanda kompleks rebrendinq edib – sürücülərin kombinezonu da, komandanın geyim forması da, boksların rəngi də, hətta komandanın yeni saytı da rəngini dəyişib. Komanda ümid edir ki, yeni reqlament çərçivəsində çempionatdakı yeri də dəyişəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*