Mövsümöncəsi testlərin başlamasında lap az vaxt qalır, amma hələlik yalnız 3 komanda – Ferrari, McLaren və Mercedes AMG rəsmən yeni maşının təqdimat tarixlərini açıqlayıblar. Sabah Mexikoda Force İndia komandası 2015-ci ildə istifadə edəcəyi maşının rəng çalarlarını göstərəcək, VJM08-in debütü isə Barselona testlərində baş tutacaq.
Almaniyanın Auto Motor und Sport jurnalı öz mənbələrinə istinadən çempionat iştirakçısı olan komandaların yeni maşınlarının təqdimat tarixlərini dərc edib. F-1.az da hesab edir ki, bir çox komandaların məhz Xeres testlərinin ilk günü yeni maşınları təqdim etməsi məntiqə uyğundur.
Hələlik, sadəcə Williams komandasının təqdimat tarixi dəqiq deyil – komanda yeni maşınını yanvarın 31-də göstərmək istəyirdi, amma Qrouvda problemlər yaşanıb, ona görə də təqdimat mərasimi, çox güman ki, fevralın 1-də Xeresdə baş tutacaq…
21 yanvar – Force İndia (VJM08) – Mexiko (Meksika)
29 yanvar – McLaren (MP4-30) – internet
30 yanvar – Ferrari (-) – internet
31 yanvar – Toro Rosso (STR10) – Xeres (İspaniya)
31 yanvar – Williams (FW37) – Xeres (İspaniya)
01 fevral – Mercedes AMG (W06 Hybrid) – Xeres (İspaniya)
01 fevral – Red Bull (RB11) – Xeres (İspaniya)
01 fevral – Lotus (E23) – Xeres (İspaniya)
01 fevral – Sauber (C34) – Xeres (İspaniya)