Formula1 üzrə 63-cü dünya çempionatının startına bir ay vaxt qalır, artıq çempionat iştirakçılarından doqquz komanda yeni maşınını təqdim edib. Builki maşınları əvvəlkilərdən xarici görünüşünə görə yeni reqlamentə əsasən burun elementindəki “pillə” fərqləndirir.
Yalnız McLaren komandasının yeni MP4-27 maşınında bu “pillə” yoxdur, bunun da əsas səbəbi gümüşü maşınların burunlarının həmişə aşağı olması və ön təkərlərin asılqanlarının fərqli bərkidilməsidir. Digər komandalar bu “pillə”ni maksimum maili (Lotus və Toro Rosso), kvadrat (Ferrari), qabarıq (Williams), faydalı (Red Bull) etməyə çalışıblar. Estetik baxımdan bir çox ekspertlər builki maşınları ən eybəcər maşın sayırlar. Amma hamını maşının xarici görünüşü deyil, onun sürəti maarqlandırır. Bəs sizi?
Aşağıda builki maşınların burunlarını təqdimolunma ardıcıllığı ilə sizin ixtiyarınıza buraxırıq: