Yeni Land Rover Discovery Sport 2020 modeli təqdim olunub və yeni satış qiymətləri açıqlanıb

Jaguar və Land Rover markalarının Azərbaycanda rəsmi nümayəndəsi “Avtolüks Azərbaycan” diler mərkəzinin fəaliyyətə başlamasının birilliyi ərəfəsində Land Rover model cərgəsində kompakt və universal lüks SUV kimi mövqeləşən Tam Yeni Land Rover Discovery Sport 2020 modelini təqdim edib.

F-1.az bildirir ki, təqdimat Buta Palace-da Azeri Business Award 2019 Milli mükafatlarının təqdimat mərasimində baş tutub.

Mərasimdə Land Rover model cərgəsinə aid başqa bir avtomobil Range Rover Velar isə ekspertlərin yekdil rəyinə əsasən “İlin Lüks Avtomobili” nominasiyası üzrə qalib elan edilib.

Rəsmi dilerin təmsilçisi təqdimat mərasimində JaguarLand Rover avtomobillərinə sahib olmaq istəyənlərə maraqlı gələcək daha bir məlumat açıqlayaraq bildirib ki, “Avtolüks Azərbaycan” JaguarLand Rover Rəsmi Satış və Servis Mərkəzinin Azərbaycanda fəaliyyətə başlamasının 1 illiyi münasibətilə bütün JaguarLand Rover modelləri üçün yeni və çox sərfəli qiymətlərlə satış kampaniyasına start verib. İndi avtomobilsevərlər Land Rover modellərini 45.800 dollardan, Jaguar modellərini isə 41.600 dollardan başlayan qiymətlərlə əldə edə bilərlər. Avtomobillərə, həmçinin 20% ilkin ödəniş, illik 12% olmaqla 4 ilədək kreditlə də sahib olmaq mümkündür.

Xatırladaq ki, 2012-ci ildən fəaliyyətə başlayan və ölkəmizdə Ferrari, Aston Martin, Lamborghini, Jeep, Dodge, Chrysler, Alfa Romeo, Abarth, FiatFiat Professional kimi brendlərin rəsmi nümayəndəsi olan “Avtolüks Azərbaycan” MMC 2019-cu ilin mart ayından etibarən dünya şöhrətli JaguarLand Rover markalarının Azərbaycanda rəsmi distribüteridir. JaguarLand Rover brendlərinin təmsilçisi olaraq fəaliyyətinin 1 ili ərzində şirkət İstehsalçının xidmət standartlarına tam riayət etməklə peşəkar satış və servis komandası ilə müştərilərinə hər iki istiqamətdə üstün xidmət göstərməklə müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etməyi bacarıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*