Yeni komandalara müraciət üçün verilən vaxt bitib

Federasiya bu ilin fevralında yeni iştirakçılar üçün sənəd qəbulunun başladığını elan etmişdi.

F-1.az xəbər verir ki, bu müddətdə Andretti Cadillac, Krey Pollokua aid Formula Equal, Hitech-in sahibi Oliver Ouksun H26 layihəsi cənub-şərqi Asiyadan olan LKY SUNZ çempionata komanda kimi girmək üçün rəsmən müraciət edənlər arasındadırlar.

Bu yaxınlarda potensial Formula1 komandalarından ərizələrin qəbulu üçün son tarix başa çatıb və FIA onlara baxmağa başlayıb. Federasiya ümumilikdə neçə ərizə təqdim edildiyini açıqlamayıb, lakin qeyd edib ki, Formula1-də birdən çox yeni komandanın meydana çıxacağı variant istisna edilmir.

Federasiyanın sözçüsü bu barədə danışıb: “Potensial yeni iştirakçıların müraciətləri üçün son tarix artıq başa çatıb. İndi FIA ilkin araşdırmalar aparır. Potensial iştirakçılara aydınlıq gətirmək lazım ola biləcəyi üçün federasiya namizədlərlə konfidensial şəkildə əlaqə saxladığından bu mərhələdə heç bir şey elan olunmayacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*