FOTA və FİA arasındakı razılaşmalar Formula1-də sülhün bərqərar olmasından xəbər verir, amma bu heç də bütün problemlərin həll olunması demək deyil. Yeni US F1, Manor və Campos komandaları gələn ilin dünya çempionatında iştirak etmək üçün ərizə verəndə federasiyanın prezidenti Maks Mosli büdcənin məhdudlaşdırılması prinsipini tətbiq etmək istəyirdi. İndi bu prinsip ləğv olunub, əvəzində hazırkı komandalar yeni komandalara texniki yardım etməyi öhdələrinə götürüblər, amma bu yardımın hansı formada olacağını heç kim bilmir…
Con But, Manor komandasının başçısı: “Hər şey yeni Razılıq Müqaviləsindən asılı olacaq. Hələlik yalnız şifahi bəyanatlar səslənib, amma heç bir sənəd imzalanmayıb. Hələlik aydın deyil ki Bolonyada FOTA nə qərar qəbul edib.”