Yeni Haas maşını çarpma testlərini keçib

Bu mövsümü xal qazanmadan sonuncu yerdə bitirən Haas komandası yeni mövsüm üçün çarpma testlərindən keçib

Haas komandası bildirib ki, 2022-ci il mövsümü üçün yeni reqlamentə uyğun hazırladığı VF-22 şassisi FİA-nın məcburi çarpma (krəş) testlərindən uğurla keçib. Hər bir şassi öndən, yandan və arxadan dinamik testdən, eləcə də 13 statik testdən keçməlidir – yalnız bundan sonra FİA maşının trasa çıxmasına icazə verir. “Növbəti mövsümə hazırlıqlar plana uyğun gedir, VF-22 şassimiz icazəni aldı”, – deyə komanda sosial şəbəkədə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*