F-1.az bildirir ki, maşında bir neçə dizayn yenilikləri dərhal nəzərə çarpır. Belə ki, maşında ön və arxa qanadlar fərqli konstruksiya alıblar, motor qapağına “köpək balığının üzgəci” əlavə olunub, əsas dəyişiklik isə təkərlərin xarakterik qapaqlardan azad olmasıdır. Bundan əlavə yeni maşın çempionatın yeni rəng çalarlarını da nümayiş etdirib.
Hazırkı maşınlar çempionatda ikinci nəslin nümayəndələridir və hələ daha iki il istifadə olunacaqlar. Maşınlar 18 düyməlik bütün hava şəraitli Michelin Pilot Sport təkərləri ilə təchiz olunmağa davam edəcəklər.
Xatırladaq ki, çempionatda iştirak edən bütün komandalar eyni maşınlarla yarışırlar. Onlar yalnız güc qurğusunu, batareyanı və transmissiyanı özləri hazırlaya bilərlər. Yeni Gen2 EVO adını almış maşının dünya premyerası martın 3-də Cenevrə Beynəlxalq Avtosalonunda baş tutacaq.