Yeni Ferrari şassisi krəş-testdən keçə bilməyib

İtaliya mətbuatında xəbər yayılıb ki, 663 indeksi verilmiş Ferrari-nin yeni şassisi keçən həftə FİA-nın məcburi krəş-testlərini birinci cəhdindən keçə bilməyib […]

İtaliya mətbuatında xəbər yayılıb ki, 663 indeksi verilmiş Ferrari-nin yeni şassisi keçən həftə FİA-nın məcburi krəş-testlərini birinci cəhdindən keçə bilməyib – monokok kifayət qədər davamlı alınmayıb.

Düzdür, xəbər elə də dramatik deyil, Formula1-də belə hallar hər il baş verir, düzdür, top-komandalarda az rast gəlinir.

Hazırda Maranelloda mühəndislər monokokun bərkidilməsi ilə məşğuldurlar – sadəcə əlavə karbon qatları vurulur. Yaxın günlərdə təkrar krəş-testlər keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*