F-1.az-ın xəbərinə görə, sınaqlar Milanın yaxınlığında Bollate şəhərində yerləşən CSİ S.p.A. şirkətinin bazasında aparılıb.
Skuderiyanın 2024-cü il ümün hazırladığı bolid “676” kod adlı layihənin bir hissəsi kimi yaradılır və dinamik sınaqların nəticələrinə əsasən, indiyə qədər hər şey plan üzrə gedir. Daha əvvəl xəbər vermişdik ki, dekabrın sonunda Red Bull və Alpine komandaları eyni testləri uğursuz başa vurublar.
Ferrari “676” layihəsi üzərində işləyərkən əvvəlki modelin çatışmazlıqlarını nəzərə alıb və əslində tamamilə yeni şassi yaradıb, həmçinin ön və arxa asılqanların konfiqurasiyasını yenidən nəzərdən keçirib. Maranelloda ümid edirlər ki, yeni bolid Red Bull-un maşını ilə fərqi xeyli azaldacaq.