Ferrari komandasının mətbuat xidməti komandanın yeni maşınının təqdimatına qalan günləri özünəməxsus qaydada saymağa davam edir. Komandanın rəsmi saytında artıq 6-cı poster yerləşdirilib.
Bu dəfə posterdə real yarış şəraiti təsvir olunub və Felipe Massaya göstərilən lövhədə onun 35-ci dövrədəki 5-ci yeri, öndəki və arxadakı sürücülərdən vaxt fərqini bildirən məlumatlar yer alıb. Bu rəqəmlərin gələcək maşınla hər hansı bir əlaqəsinin olub-olmamasını bilmirik, amma sloqanda dəqiq bunlar yazılıb: “Sonda, uzun intizar bitəcək. Və ən yaxşı günlər isə hələ qabaqdadır.”