Ferrari komandasının mətbuat xidməti yeni F138-in təqdimatına qalan vaxtı özünəməxsus qaydada saymağa davam edir, gözləməyə artıq saatlar qalır. Komandanın rəsmi saytında bu gün növbəti poster yerləşdirilib.
Posterdə komandanın mexanikləri təsvir olunublar, sloqan isə 24 saat əvvəlki sloqanı təkrarlayır: “Kəmərləri bağlayın və yerinizi rahatlayın: üfüqdə qızartı görünür.”