F-1.az qəzetə istinadən xəbər verir ki, SF1000 qırmızının daha tünd çalarına boyanacaq və arxada sürücünün nömrəsi daha iri və aydın görünəcək.
Bu il Jil Vilnövün 70 yaşı tamam olacaqdı və komanda bu rəng çalarları ilə əfsanəvi sürücünü yad etmək qərarına gəlib.
Xatırladaq ki, yeni maşının təqdimatı sabah Romolo Valli bələdiyyə teatrında keçiriləcək və komandanın saytında canlı yayımlanacaq. Tədbir Bakı vaxtilə 21:30-da başlayacaq.