Yeni Ferrari daha sürətlidir?

Maranellodan Ferrari azarkeşləri üçün ümidverici xəbərlər gəlir. İtaliya mətbuatı iddia edir ki, 2023-cü il avtomobili artıq özünü sələfindən daha sürətli göstərib.

F-1.az Formu1a.uno resursuna istinadən xəbər verir ki, simulyatordakı nəticələrin keçənilki ilə müqayisədə 1 saniyə daha yaxşı olduğu bildirilir. Scuderia rəhbərliyinin güc artımına nail ola bildiklərini açıqlamasını da əlavə etsək, o zaman yeni Ferrari bolidi titul üçün iddia etməyə imkan verə bilər. Komanda yeni maşının təqdimatını fevralın 14-nə planlaşdırır. Eyni gündə yeniliklərin qısa bir təqdimatı da baş tutmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*