Yeni dövrə başlayan Williams FW43B-ni təqdim edib

Son üç mövsümün outsayderi olan Williams komamdası 2021-ci il bolidi FW43B-ni təqdim edib.

F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası son iki mövsümdə sadəcə 1 yarışdan xal ala bilib. Buna görə də Vilyams ailəsi keçən il komandanı Dorilton Capital şirkətinə satmalı olmuşdu. Buna görə də FW43B Vilyams ailəsi olmadan çıxarılmış ilk boliddir.

FW43B tamamilə yeni rəng çalarına bürünüb. Ön tərəf ağ, arxa tərəf isə mavi rəngdə olacaq. Bundan əlavə yan və ön tərəfdə sarı cizgilər görürük.

Komandanın rəhbəri Simon Roberts, şirkətin rəhbəri isə Yos Kapito olacaq. 2000-ci ildə Williams ilə Formula1-də debüt etmiş Censon Batton isə komandaya məsləhətçi kimi qayıdıb.

Yos Kapito: “Enişlər və yoxuşlar istənilən idman markasının tarixində ola bilər və keçmişinizdə qazandığınız uğurlar sizin motivasiya qaynağınız olar. Ancaq bunlar müasir Formula1-də uğurun təminatı deyil. Buna görə də yeni bolidimizdə yeni rəng çalarından istifadə etdik. Bu rəng çaları bizə uğurlu keçmişimizi xatırladır və komandanın ruhunu gələcəyə daşıyır.

Bu yola yeni çıxırıq və görüləcək çox işimiz var. Lakin doğru yöndə iş görüb, inkişafı davam etdirmək istəyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*