F-1.az Motorsport Italia-ya istinadən xəbər verir ki, bu məsələyə komissiyanın növbəti iclasında baxılacaq. Əgər, komandalar bu təklifi dəstəkləsələr, sözügedən qayda 2023-cü ilin idman reqlamentinə əlavə edilə bilər.
Xatırladaq ki, Braziliya QP-də Red Bull sürücüləri arasında baş verənlər builki Monakodakı sıralanma turunu gündəmə gətirmiş, Serxio Peresin orada qəsdən qırmızı bayraqlara səbəb olduğu barədə şayiələr yayılmışdı. Məhz həmin qəza Maks Ferstappenin sürətli dövrəsini yarımçıq qoymuşdu. Komissiya gələcəkdə baş verə biləcək belə halların qarşısını almaq üçün daha qətiyyətli addımlar atmaq istəyir.