F-1.az birdirir ki, sürücülərin maaşları və bir çox xərc bu limitə daxil olmayacaq, ümumiyyətlə, bu qərarın böhran dövründə Formula1-in etibarlı gələcəyini təmin edəcəyi gözlənilir.
Ross Braun: “Biz əvvəlcə 175 milyon dollarlıq limit barədə danışıqlar aparmışdıq. Onu azaltmaq çətin idi, lakin indiki vəziyyətdə növbəti mövsümdə limitin 145 milyon dollara endirilməsində razılaşdıq. Sonrakı illərdə bu rəqəmin necə olacağı barədə müzakirələr davam edir. Yaxın günlərdə komandalara bütün təfərrüatları izah edəcəyik. Çox danışıqlar oldu və artıq son mərhələdəyik. Tezliklə hər şey aydın olacaq.
Əvvəllər büdcəni azaltmaqda məqsəd komandalar arasındakı rəqabət gücünü artırmaq idi. İndi isə əsas prioritet Formula1-də iqtisadi sabitliyi təmin etməkdir. Buna görə də, hər kəs xərclərini azaltmalıdır. Əlavə olaraq, kiçik komandalar mükafat fondundan daha böyük paylar alacaqlar ki, bu da öz növbəsində idmanın etibarlı gələcəyinə zəmanət verəcək”.