Yeni asfalt qatı testlərə necə təsir edəcək?

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, testlərin ilk iki günündə trasda ciddi dəyişiklik gözləyir.

F-1.az xatırladır ki, Barselona trası MotoGP təqvimində qalmaq üçün asfalt qatını yeniləyib və 13-cü döngədəki təhlükəsizlik zonası uzadılıb.

Mario İzola: “Trasın sahibləri asfalt qatının əvvəlki kimi cod olduğunu deyirlər. Əvvəlki kimi olmayacağı məlumdur, amma hədəf bu idi. Ümumilikdə trasın codluğunu yarışdan əvvəl çərşənbə günü yoxlayırıq və bir il əvvəlki məlumatlarla müqayisə edirik. Trası test edərək, asfaltı daha stabil etməyə çalışacaqlar, lakin yeni asfalta xas olan bir az yağ qalacaq. Testlərin ilk günündə trasda inqilab olacaq, amma daha sonra şərtlər stabilləşməlidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*