Əbu Dabi Qran Prisinin keçirildiyi Yas Marina trasında ötmələri mümkün etmək üçün konfiqurasiyada dəyişikliklərə başlanılıb
Abu Dhabi Motorsports Management şirkətinin icraçı direktoru Saif əl Noaimi bildirib ki, işlər 3 aya başa çatmalıdır.
Plana görə, 5-7-ci döngələr ardıcıllığı birinci arxa düzlüyə çıxaran adi sancaq döngə ilə əvəz olunacaq. İkinci arxa düzlüyün sonundakı 11-14-cü döngələr ardıcıllığı profilli uzun sol döngə ilə əvəz olunacaqlar.
Saif əl Noaimi əlavə edib ki, mövsümün son yarışına azarkeşlər də buraxılacaqlar.
Bundan başqa 17, 18 və 19-cu döngələrdə də kiçik düzəlişlər ediləcək…