Yas Marinada hansı dəyişikliklər olacaq?

Formula1-də müasir trasların əksəriyyətinin dizaynını hazırlamış Hermann Tilke bildirib ki, Yas Marinadakı yarışların daha əyləncəli olması üçün trasda cüzi dəyişikliklər edə bilərlər.

F-1.az xatırladır ki, Əbu Dabidə keçirilən mövsümün son yarışı elə də maraqlı olmayıb və fanlarla sürücülərin tənqidinə məruz qalıb.

Hermann Tilke: “Yas Marina trası ilə bağlı bir planımız var. Döngələrdən birini dəyişmək istəyirik, amm bunun hansı olacağını sizə deyə bilmərəm. Belə yarışlarda ən sürətli sürücü öndən başlayırsa, onu heç vaxt qabaqlaya bilməzsiniz. Təbii ki, bu halı dəyişdirmək mümkündür. Bu bolidlərdən asılıdır. Bəlkə də trasın quruluşundan. Bununla bağlı dəqiq bir söz deyə bilmərəm. Gələn il dəyişikliklər etməyi planlaşdırırıq. Ümid edirəm ki, daha gözəl yarışlar izləyərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*