F-1.az xəbər verir ki, Əbu Dabi Qran Prisinə 5 ay qalmış yarışın təşkilatçıları tribunaların dam örtüklərini və trasdakı təhlükəsizlik zonalarının rəngini dəyişmək qərarına gəliblər. Yeni rəng Force İndia-nın maşınlarının rəngi ilə uzlaşacaq – axı onlar da çəhrayıdırlar.
Bu barədə məlumat Yas Marina trasının rəsmi Twitter bloqunda verilib: “Biz yeni bir şeyi sınaqdan keçirmək qərarına gəldik. Yeni qaydalar, yeni rəng çalarları.
Qeyd edək ki, mövsümün sonuncu yarışı olan Əbu Dabi Qran Prisi noyabrın son həftəsonunda baş tutacaq.
#YasAnnouncement coming your way! Thought we’d try something new for the #AbuDhabiGP. #NewRules, new colour scheme 🎨#YasIslandBuzz pic.twitter.com/6uDRLamuDz
— Yas Marina Circuit (@ymcofficial) June 30, 2017
Coming up quite nicely, if we may say so ourselves. Could get used to this! #AbuDhabiGP #YasIslandBuzz pic.twitter.com/F44YtdzLRz
— Yas Marina Circuit (@ymcofficial) July 1, 2017