Yarışların teleyayımı zamanı təkərlər barədə qrafik məlumatlar veriləcək

Pirelli mühəndisləri hesab edirlər ki, təkər seçimi üzrə yeni qaydaların qüvvəyə minməsi ilə televiziya tamaşaçılarının yarış zamanı komandaların taktikasına nəzarət etmək çətinləşəcək. Ona görə də yayım zamanı tamaşaçılara əlavə infoqrafik məlumatların verilməsi planlaşdırılır...

F-1.az xatırladır ki, bu il bütün sürücülər təqdim olunan 3 təkər tərkibindən yarış üçün müstəqil seçim edə bilərlər – Pirelli mühəndislərinin fikrincə, bu dəyişiklik komandaların taktikasına rəng qatacaq.

Amma mavi ekran qarşısında olan azarkeşlər yarışda taktikanı izləməkdə çətinlik çəkəcəklər. Pirelli-nin nümayəndəsinin sözlərinə görə, şirkət yeni mövsümdə televiziya yayımı zamanı azarkeşlərə təkərlər barədə daha çox məlumat verməyi planlaşdırır.

Mario İzola, Pirelli-nin test komandasının başçısı: “Hazırda biz FOM-la bu məsələni müzakirə edirik. Yarış zamanı evdə olan tamaşaçıya zəruri məlumat lazımdır ki, trasda baş verənləri anlasın. Düşünürəm ki, bu məlumatlar KİV üçün də faydalı olacaq – onlar da aktual vəziyyəti və strategiyanı biləcəklər.

Yeni qaydalarla təkcə 3 təkər tərkibindən yarış üçün ikisini deyil, həm də həftəsonu üçün lazım olan 10 təkər dəstini seçmək lazım olacaq. Ona görə də ümid edirəm ki, yarışlar həqiqətən maraqlı olacaq.

Amma bunun üçün televizor qarşısındakı tamaşaçıya məlumat lazımdır: o bilməlidir ki, hər bir sürücünün ehtiyatında hansı tərkibdən neçə dəst qalıbdır. İndi biz FOM-la bir yerdə işləyirik ki, azarkeşlər bu məlumatları asan və anlaqlı şəkildə görə bilsinlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*