Yarışın ləğvi Qasliyə kömək edib

Alpine-in fransız sürücüsünün aktivində 11 cərimə xalı var və İmoladakı yarışda ondan çox diqqətli olmaq tələb edilirdi.

F-1.az bildirir ki, buhəftəsonu yarış baş tutsa idi və Pyer cəmi 1 cərimə xalı belə alsaydı, Monako Qran Prisini buraxmaq məcburiyyətində qalacaqdı.

Lakin sözügedən yarış baş tutmayıb və Qaslinin 2 cərimə balının müddətindən bir ildən çox keçəcəyi üçün onlar avtomatik olaraq yanacaq və diskvalifikasiya riski əhəmiyyətli dərəcədə azalacaq. Lakin sürücü buna görə arxayınlaşmamalıdır – növbəti üç xalın vaxtı yalnız iyulun 10-da başa çatacaq, buna görə də onun cəzadan yayınması daha yaxşıdır.

Xatırladaq ki, son illərdə tətbiq edilən qaydaya əsasən, sürücülərin yol verdiyi qayda pozuntularına görə onlara yer itirmə, pul və s. cəzalarla yanaşı, cərimə balları da verilir. Sürücünün aktivindəki bu balların sayı 12-ə çatmamalıdır. Bu hal baş verərsə, sürücü növbəti yarışı buraxmağa məcbur olur və yalnız bundan sonra hesabındakı ballar sıfırlanır…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*