Yarışımızın start vaxtı dəyişdirilib

Formula1 tarixində debüt etməyimizə düz iki ay yarım vaxt qalır - iyunun ortalarında doğma Bakımız Avropa Qran Prisinə ev sahibliyi edəcək.

F-1.az xatırladır ki, hələ yanvar ayında yarışın promouteri olan Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti bildirmişdi ki, iyunun 19-da keçiriləcək yarış yerli vaxtla saat 18:00-da başlayacaq. Amma martın ortalarında Nazirlər Kabinetinin yay vaxtına keçidi ləğv etməsi üzündən yarışın vaxtının bir saat irəli çəkilməsinə ehtiyac yaranmışdı.

Hazırda Bəhreyndə olan BŞH-nin icraçı direktoru Arif Rəhimov xarici mətbuata açıqlamasında yarışın vaxtının rəsmən dəyişdirildiyini təsdiq edib…

Arif Rəhimov: “Avstraliya yarışından dərhal sonra biz FİA və FOM tərəfindən bizim yarışın start vaxtının dəyişdirilməsi barədə şifahi razılıq aldıq. İndi isə rəsmən təsdiq olunub ki, bizim yarış yerli vaxtla saat 17:00-da başlayacaq. Orta Avropa vaxtı ilə saat 15:00 olacaq və 24 saatlıq Le Man marafonu da elə bu vaxtlarda başa çatacaq.

Biz öz yarışımıza daha gec start verə bilməzdik, çünki onda bizim ehtiyatımızda cəmi iki saat yarım vaxt qalırdı. Yarışın son dövrələrinin havanın qaralmasınadək başa çatdırılması bizim üçün çox vacibdir. Bizim işlər qrafikə uyğun davam edir. Startın bir saat önə çəkilməsi heç kim üçün ciddi problem olmayacaq…”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*