Dünənki hava proqnozu Monsada cəmi 10% yağışın yağma ehtimalını söyləsə də, sıralanma turundan sonra trasa leysan yağış yağıb, hətta GP2 yarışının startını 45 dəqiqə gözləmək lazım gəlib. Bazar gününə hava proqnozu yağış vəd etmir, amma sürpriz ola bilər. Starta qədər havanın temperaturu +26 dərəcəyə çatmalıdır, yağışın yağma ehtimalı isə 20%-dir…
Yarışa hava proqnozu
Son hava proqnozu bazar günü Belçika Qran Prisi zamanı stabil hava şəraiti vəd edir. Startdan əvvəl havanın temperaturu +18 dərəcəyə kimi qızacaq, finişə kimi temperatur daha 1 dərəcə artacaq. Yağışın yağma ehtimalı cəmi 10%-dir, zəif cənub-qərb küləyi əsəcək…
Bir cavab yazın
Yarışa hava proqnozu
Bazar gününə hava proqnozu sürpriz vəd etmir, Valensiyada quru və günəşli hava olacaq. Startdan əvvəl temperatur +34 dərəcəyə kimi qızacaq, finişə yaxın isə temperatur daha bir dərəcə artacaq, zəif cənub-şərq küləyi əsəcək, yağışın yağma ehtimalı 0%-dir…
Bir cavab yazın
Yarışa hava proqnozu
Bazar gününün hava proqnozu gün ərzində bir neçə dəfə yağış yağmasını vəd edir, düzdür, yarış zamanı yağacaq yağışın çox azmüddətli olması söylənilir. Yarışın startında hava +18 dərəcəyə kimi qızacaq, yağışın yağma ehtimalı 70% təşkil edir…
Bir cavab yazın
Yarışa hava proqnozu
Bu günə son hava proqnozu yarış vaxtına yağış vəd etmir, hava isə dünən olduğundan bir qədər isti olmalıdır. Yerli vaxtla saat 13:00-da başlayacaq yarışın startına havanın temperaturu +18 dərəcəyə kimi qızmalıdır. Yağış yerli vaxtla saat 17:00-dan sonra gözlənilir…
Bir cavab yazın
Yarışa hava proqnozu
Son hava proqnozu bu günə sürpriz vəd etmir. Yağış yalnız səhər yağa bilər, onun da ehtimalı səmi 10%-dir, yerli vaxtla 12:00-dan sonra isə yağış, ümumiyyətlə, gözlənilmir. Yarış yerli vaxtla saat 15:00-da başlayacaq, bu vaxt havanın temperaturu +28 dərəcəyə kimi qızmalıdır, yarışın finişinə doğru hava bir dərəcə soyuyacaq.
Bundan əvvəl keçirilmiş dörd Türkiyə Qran Prisinin hamısı quru havada baş tutub, deyəsən, bu yarış da istisna olmayacaq…
Bir cavab yazın
Yarışa hava proqnozu
Yarışa son hava proqnozu Monakoda bazar günü sürpriz olmadığını göstərir – isti günəşli hava, zəif külək və yağışın minimum yağma ehtimalı. Yarış yerli vaxtla saat 14:00-da start alacaq, bu saata hava +25 dərəcəyə kimi qızmalıdır. Yarışın gedişində havanın temperaturu, küləyin istiqaməti və gücü dəyişməməlidir, Yağışın yağma ehtimalı isə cəmi 10% təşkil edəcək…
Bir cavab yazın
Yarışa hava proqnozu
Son hava proqnozu bazar günü üçün Barselonada buludlu hava vəd edir. Temperaturu +16 sərəcəyə kimi düşəcək, günün birinci yarışında yağışın yağma ehtimalı 60%-dir, amma yarışın keçirildiyi vaxt üçün bu ehtimal 30%-i keçmir. Sonuncu dəfə İspaniya Qran Prisi 1996-cı ildə yağış altında keçirilib və o yarışı Mixael Şumaher qazanmışdı…
Bir cavab yazın
Yarışa hava proqnozu
Bu gün Bəhreyndə dünən olduğu kimi istidir, düzdür, hava proqnozu temperaturun +34 dərəcədən yarışın finişində +32 dərəcəyə düməsini, küləyin güclənməsini vəd edir. Yağışın yağma ehtimalı 0%-dir, qum fırtınası isə hələ də istisna olunmur. Bu trasda əvvəlki beş yarış quru isti havada keçirilib…
Bir cavab yazın
Yarışa hava proqnozu
Bu gün Şanxayda yağış yağacaq, amma meteoroloqlar yağışı gecəyə yaxın gözləyirlər – axşam saat ondan sonra yağışın yağma ehtimalı 80% -dir, yarışın keçirildiyi vaxtda isə bu ehtimal 30%-i aşmır. Havanın +20 dərəcəyə kimi qızması gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək.
Xatırladaq ki, arxada qalmış beş Çin Qran Prisində 2006 və 2007-ci illərdə yağış yarışın gedişinə müdaxilə edib…
Bir cavab yazın
Yarışa hava proqnozu
Uik-endə hava proqnozu Malayziyada hər gün yağış yağmasını vəd edirdi, amma hələlik yağış uik-endin əsas hadisələrindən sonra başlayır – bütün sessiyalar quru asfaltda keçib, təkcə yarış özü qalıb – yarış isə yerli vaxtla ssat 17:00-da başlayır.
Şənbə günü yağış sıralanma turundan bir qədər sonra başladı, hava qaraldı və yağış başladı, trasın mətbuat mərkəzinə toplaşmış jurnalistlər yağışı maraqla izləyirdilər – belə bir yağış bazar günü yarışın finişinə yaxın yağa bilər.
Yarışın startına hava proqnozu temperaturun +29 dərəcə və rütubətin 77% olmasını vəd edir, finişə yaxın temperatur bir dərəcə aşağı düşəcək, rütubət isə 85%-ə çatacaq. Yağışın yağma ehtimalı 60%-dir…