Biz artıq xəbər vermişdik ki, FİA-nın yarış direktoru Çarli Uaytinq və komandaların nümayəndələri pis hava üzündən yarışın şənbə gününə keçirilməsini müzakirə edirlər.
FİA-nın nümayəndələrindən biri bildirib ki, Uaytinq yarışın şənbə gününə keçirilməsi təklifini dərhal rədd edib. Düzdür, hələ müzakirə davam edir və yekun qərar qəbul olunmayıb, amma yarışın şənbə gününə keçirilməsi inandırıcı deyil…