Yarış reytinqində S.Fettel C.Battonu keçib

Biz artıq yazmışdıq ki, 2010-cu ilin əvvəlindən vahid yarış reytinqi adlı layihə həyata keçirilir. Xatırladaq ki, layihənin təsisçiləri müxtəlif seriyaların […]

Biz artıq yazmışdıq ki, 2010-cu ilin əvvəlindən vahid yarış reytinqi adlı layihə həyata keçirilir. Xatırladaq ki, layihənin təsisçiləri müxtəlif seriyaların iştirakçılarını bir cədvələ toplayıblar. Formula1-də, WRC-də və NASCAR-da çıxış edən iştirakçıalrın nəticələrini müqayisə etmək üçün xüsusi qiymətləndirmə mexanizmi hazırlanıb, mexanizm hər bri seriyanın xüsusiyyətlərini və hər bir sürücünün son il ərzində gsötəricilərini nəzərə alır.

Aydındır ki, yanvar və fevral aylarında reytinqdə dəyişiklik çox olmamışdı – çünki bu vaxtlar yarışlar keçirilmir. Sadəcə olaraq, finlandiyalı sürücü Mikko Hirvonen Monte Karlo Rallisində qalib gələrək 10-cu yerdən 5-ci yerə yüksəlmişdi. Mart ayında isə cədvəldə yerdəyişmələr çoxalıb – bu bazar günündən sonra isə reytinqdə ilk dəfə olaraq lider dəyişib.

Albert Parkdakı yarışdan sonra sürücülərə xallar hesablanarkən, keçənilki yarışın nəticələri çıxılıb və məlum olub ki, hər iki yarışda finiş görməyən Sebastyan Fettel hər iki yarışda qalib gələn Censon Battonu qabaqlayıb – əlavə göstəricilər həlledici olub: bu dəfə Seb poul qazanıb və uzun müddət yarışa başçılıq edib, amma keçən il poulu da Censon qazanmışdı, yarışın bütün məsafəsini də britaniyalı sürücü liderlik etmişdi.

Hərçənd, rəqiblər arasında fərq minimaldır və hər şey artıq gələn həftə dəyişə bilər. Bu iki Formula1 sürücülərindən başqa ilk beşliyə WRC çempionu Sebastyen Löb, NASCAR çempionu Ciummi Conson və artıq adı çəkilmiş Mikko Hirvonen daxildirlər.

Yarış reytinqi ilə daha ətraflı layihənin rəsmi saytında tanış olmaq olar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*