F-1.az bildirir ki, ilk vaxtlar dəbilqələrin rolunu parçadan papaqlar oynayırdı və onlar saçların sürücünün gözünə düşməsinin qarşısını alırdılar. Vaxt keçdikcə onların yerini müəyyən materiallardan hazırlanmış dəbilqələr aldılar. Mühəndislərin incəsənət əsərləri olan müasir dəbilqələrin forması 55 ton ağırlığındakı tankın tırtılları altında qaldıqda deformasiyaya uğramır. Onları +800 dərəcə istidə 30 saniyə saxladıqda, daxilindəki tempratur +70 dərəcədən yuxarı qalxmır. Hazırda istifadə olunan dəbilqələrin təhlükəsizliyi barədə daha əvvəl də məlumat vermişdik.
Statistikaya görə, avtoidmanda baş verən qəzaların 25%-də sürücünü xəstəxanaya aparmağa ehtiyac yaranır. Bu, digər idman növlərindən daha çoxdur. Lakin müasir dəbilqələrin köməkliyi ilə, qəzaların yalnız 1%-də sürücülər başdan zədə alırlar.
Donut Media aşağıdakı videoda dəbilqələrin 1906-cı ildən bu günə qədər olan inkişafını göstərib…