Quru. Havanın temperaturu +29° C, trasın temperaturu +29° C
Mövsümün son yarışından əvvəl dörd sürücü titula namizəd idi. Fernando Alonso Mark Uebberi cəmi 8 xal qabaqlayırdı, avstraliyalı sürücü isə komanda yoldaşı Sebastyan Fetteldən 7 xal, Lyuis Həmiltondan isə 15 xal üstün idi. Şənbə günü sıralanma turu vəziyyəti bir qədər bərabərləşdirib – Fettel poul qazanıb, Həmilton ikinci, Alonso üçüncü, Uebber isə beşinci olub.
İkiqat dünya çempionundan başqa heç bir namizəd vəziyyətə nəzarət edə bilmirdi, titulun taleyi rəqiblərin çıxışından asılı idi, əgər yarış sıralanma turu kimi qurtarsaydı, Alonso üçqat dünya çempionu olardı.
Startda Fettel liderliyini qoruyub saxlayıb, Batton Alonsonu qabaqlayıb. Şumaher yerində fırlanıb və Liutsi tam sürətlə ona çırpılıb – qəza ciddi alınıb, trasa Təhlükəsizlik Maşını (TM) çıxıb. Petrov, Rosberq, Algersuari, Senna, di Qrassi və Klin boksa yönəliblər, altı dövrədən sonra restart elan olunub.
Restartdan dərhal sonra Rosberq və Petrov Qloku keçiblər, 11-ci döngədə Kubitsa Sutili keçib, liderlərin mövqeyində dəyişiklik olmayıb.
12-ci dövrədə Uebber pit-stopa baş çəkib, bərk təkərlərlə trasa qayıdan avstraliyalı sürücü 16-cı yerə düşüb. 14-cü dövrədə Massa, daha iki dövrə sonra isə Alonso da bərk təkərlərə keçiblər. Çempionatın lideri trasa Uebberin qarşısında qayıda bilib, Massa isə avstraliyalı sürücüdən geri düşüb. Bütün bu qrup 11-ci yerdə gedən Petrovla fərqi azaltmağa başlayıb. Peletonun önündə isə Fettel, Həmilton və Batton Kobayaşi və Kubitsadan uzaqlaşmağa başlayıblar.
Alonso Petrovu keçmək üçün bir neçə cəhd edib, 23-cü dövrədə ispaniyalı sürücü hətta şikananı kəsməli olub. 24-cü dövrədə isə liderlərin pit-stopu başlayıb – əvvəl Həmilton, bir dövrə sonra isə Fettel mexaniklərin qonağı olublar – britaniyalı sürücü pitdən sonra Kobayaşini keçsə də Kubitsanı uzun müddət keçə bilməyib.
40-cı dövrədə Batton boksa getdikdən sonra Fettel liderliyi özünə qaytarıb, britaniyalı sonuncu çempion isə trasa komanda yoldaşının arxasında qayıdıb.
44-cü dövrədə Timo Qlokun maşını trasda dayanıb, Kubitsa isə planlı pit-stopdan sonra trasa altıncı qayıdıb. Titulun əldən getdiyini başa düşən Alonso Petrovu keçmək üçün daha bir neçə hücum edib. Rusiyalı sürücü isə heç bir səhvə yol verməyib.
Sebastyan Fettel inamlı qələbə qazanıb, bu qələbəsi sayəsində alman sürücü tarixin ən gənc çempionu olub – Red Bull mövsümü hər iki çempionatda birinci başa vurub! McLaren sürücüləri podium qazanmaqla Mühəndislər Kubokunda komandanın ikinci yerini qoruyublar.
Mövsüm çox maraqlı alınıb, amma qış tez keçəcək – gələn il martın 13-də yeni çempionat başlayacaq, az qalıb…
Yer | Pilot | Komanda | Motor | Vaxt |
01 | S.Fettel | Red Bull | Renault | 1:39:36.837 |
02 | L.Həmilton | McLaren | Mercede | + 0:10.162 |
03 | C.Batton | McLaren | Mercedes | + 0:11.047 |
04 | N.Rosberq | Mercedes GP | Mercedes | + 0:30.747 |
05 | R.Kubitsa | Renault | Renaul | + 0:39.026 |
06 | V.Petrov | Renault | Renault | + 0:43.520 |
07 | F.Alonso | Ferrari | Ferrari | + 0:43.797 |
08 | M.Uebber | Red Bull | Renault | + 0:44.243 |
09 | X.Algersuari | Toro Rosso | Ferrari | + 0:50.201 |
10 | F.Massa | Ferrari | Ferrari | + 0:50.868 |
11 | N.Haydfeld | BMW Sauber | Ferrari | + 0:51.551 |
12 | R.Barrikello | Williams | Cosworth | + 0:57.686 |
13 | A.Sutil | Force İndia | Mercedes | + 0:58.325 |
14 | K.Kobayaşi | BMW Sauber | Ferrari | + 0:59.558 |
15 | S.Buemi | Toro Rosso | Ferrari | + 1:03.178 |
16 | N.Hülkenberq | Williams | Coswort | + 1:04.763 |
17 | H.Kovalaynen | Lotus | Coswort | + 1 dövrə |
18 | L.di Qrassi | Virgin | Cosworth | + 2 dövrə |
19 | B.Senna | Hispania | Cosworth | + 2 dövrə |
20 | K.Klin | Hispania | Cosworth | + 2 dövrə |
21 | Y.Trulli | Lotus | Cosworth | + 4 dövrə |
– | T.Qlok | Virgin | Cosworth | – |
– | M.Şumaher | Mercedes GP | Mercedes | – |
– | V.Liutsi | Force İndia | Mercedes | – |
Sürətli dövrə: Lyuis Həmilton (McLaren) – 1:41.274 (47-ci dövrə).
Turnir cədvəli:
Yer | Pilot | Komanda | Motor | Xal |
01 | S.Fettel | Red Bull | Renault | 256 |
02 | F.Alonso | Ferrari | Ferrari | 252 |
03 | M.Uebber | Red Bull | Renault | 242 |
04 | L.Həmilton | McLaren | Mercede | 240 |
05 | C.Batton | McLaren | Mercedes | 214 |
06 | F.Massa | Ferrari | Ferrari | 144 |
07 | N.Rosberq | Mercedes GP | Mercedes | 142 |
08 | R.Kubitsa | Renault | Renaul | 136 |
09 | M.Şumaher | Mercedes GP | Mercedes | 72 |
10 | R.Barrikello | Williams | Cosworth | 47 |
11 | A.Sutil | Force İndia | Mercedes | 47 |
12 | K.Kobayaşi | BMW Sauber | Ferrari | 32 |
13 | V.Petrov | Renault | Renault | 27 |
14 | N.Hülkenberq | Williams | Coswort | 22 |
15 | V.Liutsi | Force İndia | Mercedes | 21 |
16 | S.Buemi | Toro Rosso | Ferrari | 8 |
17 | P.de la Rosa | BMW Sauber | Ferrari | 6 |
18 | N.Haydfeld | BMW Sauber | Ferrari | 6 |
19 | X.Algersuari | Toro Rosso | Ferrari | 5 |
20 | H.Kovalaynen | Lotus | Coswort | 0 |
21 | Y.Trulli | Lotus | Cosworth | 0 |
22 | K.Çandhok | Hispania | Cosworth | 0 |
23 | L.di Qrassi | Virgin | Cosworth | 0 |
24 | T.Qlok | Virgin | Cosworth | 0 |
25 | B.Senna | Hispania | Cosworth | 0 |
26 | S.Yamamoto | Hispania | Cosworth | 0 |
27 | K.Klin | Hispania | Cosworth | 0 |
Yer | Komanda | Motor | Xal |
01 | Red Bull | Renault | 498 |
02 | McLaren | Mercedes | 454 |
03 | Ferrari | Ferrari | 396 |
04 | Mercedes GP | Mercedes | 214 |
05 | Renault | Renault | 163 |
06 | Williams | Cosworth | 69 |
07 | Force İndia | Mercedes | 68 |
08 | Sauber | Ferrari | 44 |
09 | Toro Rosso | Ferrari | 12 |
10 | Lotus | Cosworth | 0 |
11 | Hispania | Cosworth | 0 |
12 | Virgin | Cosworth | 0 |