F-1.az xatırladır ki, səyahət məhdudiyyətinə görə Sinqapur Qran Prisi ləğv olunacaq. Hazırda oktyabrın 3-də yarış yoxdur. Həmin həftəsonuna Çin və Türkiyə namizdəddir. Bundan başqa Yaponiyada ardıcıl iki yarış keçirmə ehtimalı da var.
Masaşi Yanamoto: “Buna görə çox sevinərəm, amma Yaponiyada koronavirus peyvəndi probleminə görə bu çox çətindir. Olimpiya oyunları problemsiz keçsə və yarış azarkeşli baş tutsa, çox sevinərəm. Ən pis halda azarkeş olmasa belə, Honda-nın idmandakı son ilində gücümüzü televiziya vasitəsilə hamıya göstərmək istəyirik. Amma bunu iki dəfə edə bilmərik. Yaponiyada əhalinin sadəcə 10 faizi peyvənd olunub. Belə olan halda ardıcıl iki yarış barədə danışa bilmərik”.