Yaponiya-2023: Ferstappen şousu davam edir

Mövsümün 16-cı mərhələsi olan Yaponiya Qran Prisində üçüncü sərbəst yürüşlər geridə qalıb. Maks Ferstappen yenə də hamıdan üstün olub. Onu McLaren komandasının sürücüləri izləyiblər.

F-1.az xatırladır ki, dünən keçirilən ilk iki sərbəst yürüşlərdə də niderlandlı sürücü üstün olmuşdu. Lakin cümə günü onu McLaren sürücüləri yox, Ferrari komandasının sürücüləri izləyirdilər.

Bu gün uzaq şərqdə mübarizə üçüncü sərbəst yürüşlərlə davam edib.Suzukada dünən gecə yağış yağıb, asfaltla ilişməni azaltsa da, sessiya yenidən günəşli havada keçib.

Sessiyanın ilk 10 dəqiqəsində sürücülər birbaşa Soft təkərlərlə işləməyə başlayıblar. Bütün sürücülər Soft təkərlərlə bir neçə dövrə vurubar. Sessiyanın sonunda isə real sıralanma tempində işləyən sürücüləri gördük. Lakin bu sessiyada da hər şey olduğu kimi qalıb – Ferstappen və Red Bull komandası yenə də zirvədə olublar.

Son iki ilin Dünya Çempionu ilk 20 dəqiqədən sonra 1.30.960 zaman nəticəsi göstərsə də, sessiyanın sonundakı cəhdində nəticəsini yaxşılaşdırıb və 1.30.267 zaman nəticəsi ilə üçüncü sərbəst yürüşlərin də ən sürətlisi olub.

İndiyə kimi yaxşı həftəsonu keçirən Lando Norris isə Maksdan sadəcə 0.2 saniyə geridə qalaraq, ikinci olub. Landonun komanda yoldaşı isə ondan. 0.048 saniyə geridə qalaraq, üçüncülüyə razılaşıb.

Red Bull komandasının digər sürücüsü Serxio Peres isə dördüncü yerdə qərarlaşıb, amma o komanda yoldaşından 0.7 saniyə geridə qalıb. Cüm günü yaxşı görünən Ferrari isə şənbə günü McLaren-in çox gerisinə düşüb. Belə ki, Şarl Lekler liderdən 0.8 saniyə geri qalaraq 5-ci, Karlos Sayns isə 6-cı olub. Ferrari-lərdən sonra isə Mercedes sürücüləri gəlib. Lyuis Həmilton 7-ci, Corc Rassell 8-ci yeri tutublar. Fernando Alonso və Quanyu Çjou isə ilk onluğu tamamlayan sürücülər olublar. Valtteri Bottas isə ikinci onluğun başında qərarlaşıb.

Haas komandasından Kevin Maqnussen 12-ci, sessiya boyu çətinlik çəkən Estaban Okon isə 13-cü yeri tutublar. 14-cü yerdə isə yerli qəhrəman Yuki Tsunoda qərarlaşıb. Son altılığı isə Niko Hülkenberq, Loqan Sarcent, Liam Louson, Aleks Elbon, Ləns Stroll və Pyer Qasli tamamlayıblar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*