F-1.az xatırladır ki, cümə günü sərbəst yürüşlərdə əvvəlcə Fernando Alonso, sonra isə Corc Raassell hamını üstələyib. Dünən isə Maks Ferstappen quru havada protokollara başçılıq edib. Niderlandlı sürücü sıralanma turunda da hamıdan üstün olub və yarışa pouldan başlamaq haqqı qazanıb.
Ferstappenə burada titulu rəsmiləşdirmək üçün Serxio Peresi və Şarl Lekleri müvafiq olaraq, ən azı 6 və 8 xal üstələmək kifayət edəcəkdi, buna görə də poul onun üçün böyük əhəmiyyət daşıyıb.
Yarışdan 1 saat əvvəl yağış yağıb. Ferstappen və Lekler ilk, Sayns və Peres ikinci, Okon və Həmilton isə üçüncü cərgədən yarışa başlayıblar.
Startda Lekler Ferstappendən sürətli tərpənərək önə keçməyə cəhd etsə də, Maks xarici radiusda əyləci gec basaraq öndə qalıb. Stroll xeyli yer qazanıb, Lekler isə çınqıllığa çıxıb. Sayns 12-ci dövrədə qəza edib, Qaslinin maşına isə reklam baneri ilişib qalıb. Əvvəlcə TM trasa daxil olub, lakin bir qədər sonra qırmızı bayraqlarla yarış dayandırılıb.
Bu anda pit-stopdan yüksək sürətlə qayıdan Qasli təxliyə üçün trasa çıxmış traktoru görüb və buna etirazını bildirib. Yarış dayandırılarkən ilk onluq: Ferstappen – Lekler – Peres – Okon – Həmilton – Alonso – Rassell – Rikkardo – Tsunoda – Şumaxer.
Restart bir neçə dəfə təxirə salınıb. Tras dəfələrlə təftiş edildikdən sonra nəhayət, yerli vaxtla 16:15-də (ilk startdan 2 saat, 15 dəqiqə sonra) yarış TM arxasında yenidən başlayıb. Hamı məcburi yağış təkərləri ilə trasa çıxıb.
TM 2 dövrə sonra trası tərk edib və real mübarizə başlayıb. Ferstappen liderliyini qoruyub, Latifi və Fettel keçid təkərləri üçün pit yoluna üz tutublar. Alonso, Rikkardo, Şumaxer və Çjoudan başqa hamı növbəti dövrələrdə keçid təkərləri üçün pit-stop edib. Bir qədər sonra digər sürücülər də eyni addımı atıblar. Mik peletona başçılıq etsə də, Maks gəlib onu asanlıqla keçərək yenidən liderliyi ələ alıb. 12-ci dövrədə ilk onluq: Ferstappen – Lekler – Peres – Okon – Həmilton – Fettel – Alonso – Latifi, Norris, Tsunoda.
Rassel Tsunoda və Norrisi qabaqlayıb. Daha sonra Latifini də geridə qoyub. Həmilton Okonu keçmək üçün bütün cəhdləri etsə də, nəticəsi olmayıb. Alonso 23-cü dövrədə daha bir pit-stop edib, böyük sürət fərqi ilə Norris və Latifini üstələyib. Peres Lekler ilə fərqi azaldıb.
Alonso Rasselli də keçərək yeddinciliyə yüksəlib. Lekler son döngədə səhvə yol verərək trası kəsib və üstünlük əldə edib. Stüardlar yarışdan dərhal sonra onun vaxtına 5 saniyə əlavə etməklə cəzalandırıblar.
Yarış vaxt limitinə görə 29-cu dövrədə başa çatıb. Sürücülər 53 dövrəlik yarışın 75%-dən azını, yəni 29 dövrəni başa vursalar da, FİA ilk onluğa tam xal verib. Bu addım da idman reqlamentinin 3.2.4 bəndinə uyğun izah edilib – qət edilən məsafəyə uyğun xallar yalnız yarış dayandırılarsa və davam etdirilməsi mümkün olmazsa verilir, damalı bayraqla bitirilən yarışlarda isə xal hesablanması normal qaydada aparılır.
Beləliklə, Maks Ferstappen mövsümdə 12-ci, karyerasında 32-ci qələbəsini və ardıcıl ikinci titulunu əldə edib. Serxio Peres ikinci olaraq komandasına növbəti qələbə dublunu qazandırıb. Şarl Lekler isə podiumu tamamlayıb. Alpine komandası yenidən McLaren-ı geridə qoyub. Latifi isə builki əsas sürücülər arasında xal qazanan sonuncu şəxs olub.
Çempionatda hələ ki, növbəti yerlərin və mühəndislər kubokunun sahibi məlum deyil. Mübarizə 2 həftə sonra okeanın o tayında davam edəcək…
Пилот | Команда | Время | Пит | ||
1 | 1 | Maks Ferstappen | Red Bull | 3:01:44.004 | 2 |
2 | 11 | Serxio Peres | Red Bull | + 0:27.066 | 2 |
3 | 16 | Şarl Lekler * | Ferrari | + 0:31.763 | 2 |
4 | 31 | Esteban Okon | Alpine | + 0:39.685 | 2 |
5 | 44 | Lyuis Həmilton | Mercedes | + 0:40.326 | 2 |
6 | 5 | Sebastyan Fettel | Aston Martin | + 0:46.358 | 2 |
7 | 14 | Fernando Alonso | Alpine | + 0:46.369 | 3 |
8 | 63 | Corc Rassell | Mercedes | + 0:47.661 | 2 |
9 | 6 | Nikolas Latifi | Williams | + 1:10.143 | 2 |
10 | 4 | Lando Norris | McLaren | + 1:10.782 | 2 |
11 | 3 | Daniel Rikkardo | McLaren | + 1:12.877 | 2 |
12 | 18 | Ləns Stroll | Aston Martin | + 1:13.904 | 3 |
13 | 18 | Yuki Tsunoda | AlphaTauri | + 1:15.599 | 3 |
14 | 20 | Kevin Maqnussen | Haas | + 1:26.016 | 2 |
15 | 77 | Vallteri Bottas | Alfa Romeo | + 1:26.496 | 2 |
16 | 24 | Quanyu Çjou | Alfa Romeo | + 1:27.043 | 3 |
17 | 10 | Pyer Qasli | AlphaTauri | + 1:28.091 | 4 |
18 | 47 | Mik Şumaxer | Haas | + 1:32.523 | 2 |
* – Trasdan çıxaraq üstünlük qazandığı üçün Leklerin nəticəsinə 5 saniyə əlavə edilib.
Sürətli dövrə: Quanyu Çjou (Alfa Romeo) – 1:44.411 (20-ci dövrə, 200,220 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Karlos Sayns | Ferrari | 1 | qəza |
Aleksander Elbon | Williams | 1 | ötürmələr qutusu |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 1 | Maks Ferstappen | Red Bull Racing | 366 | |
2 | 11 | Serxio Peres | Red Bull Racing | 253 | |
3 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 252 | |
4 | 63 | Corc Rassell | Mercedes-AMG Petronas F1 Team | 207 | |
5 | 55 | Karlos Sayns | Scuderia Ferrari | 202 | |
6 | 44 | Lyuis Həmilton | Mercedes-AMG Petronas F1 Team | 180 | |
7 | 4 | Lando Norris | McLaren Racing | 101 | |
8 | 31 | Esteban Okon | Alpine F1 Team | 78 | |
9 | 14 | Fernando Alonso | Alpine F1 Team | 65 | |
10 | 77 | Valtteri Bottas | Alfa Romeo F1 Team ORLEN | 46 | |
11 | 5 | Sebastyan Fettel | Aston Martin Aramco Cognizant F1 Team | 32 | |
12 | 3 | Daniel Rikkardo | McLaren Racing | 29 | |
13 | 10 | Pyer Qasli | Scuderia AlphaTauri | 23 | |
14 | 10 | Kevin Maqnussen | Haas F1 Team | 22 | |
15 | 18 | Ləns Stroll | Aston Martin Aramco Cognizant F1 Team | 13 | |
16 | 47 | Mik Şumaxer | Haas F1 Team | 12 | |
17 | 22 | Yuki Tsunoda | Scuderia AlphaTauri | 11 | |
18 | 24 | Quanyu Çjou | Alfa Romeo F1 Team ORLEN | 6 | |
19 | 23 | Aleksander Elbon | Williams Racing | 4 | |
20 | 6 | Nikolas Latifi | Williams Racing | 2 | |
21 | 34 | Nik de Vriz | Williams Racing | 2 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Red Bull | 619 |
2 | Scuderia Ferrari | Ferrari | 454 |
3 | Mercedes-AMG Petronas F1 Team | Mercedes | 387 |
4 | Alpine F1 Team | Renault | 143 |
5 | McLaren F1 Team | Mercedes | 130 |
6 | Alfa Romeo F1 Team ORLEN | Ferrari | 52 |
7 | Aston Martin Aramco Cognizant F1 Team | Mercedes | 45 |
8 | Haas F1 Team | Ferrari | 34 |
9 | Scuderia AlphaTauri | Red Bull | 34 |
10 | Williams Racing | Mercedes | 8 |