Yaponiya-2022: Sıralanma turu

Formula 1 2019-cu ildən sonra ilk dəfə Suzukaya qayıdıb. Tribunlara hətta yağışın yağdığı soyuq cümə günündən tam dolu olub.

F-1.az xatırladır ki, dünənki sərbəst yürüşlərdə əvvəlcə Fernando Alonso, sonra isə Corc Raassell hamını üstələyib. Bu gün isə Maks Ferstappen quru havada protokollara başçılıq edib.

Pirelli buraya ən sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib.

İlk sessiyada Mercedes sürücüləri birinci cəhdləri üçün Medium təkərləri seçiblər, qalanları isə Soft təkərlərlə trasa çıxıblar. Lakin tərkiblər arasında fərq böyük olduğundan, onlar da qırmızı təkərlərə keçiblər. Norris trasdan çıxıb, Qasli isə əyləcdən şikayətlənib. Tsunoda qəfil əyləcə basaraq təkərlərini korlayıb. Elbonun nəticəsi trasdan tam çıxdığı üçün silinib. İlk cəhdində 1:30.224 nəticə göstərən Ferstappen sonra yenidən trasa çıxmasa da, liderliyini qoruyub. Latifi, Stroll, Maqnussen, Qasli və Elbon mübarizəni tərk ediblər.

İkinci Sessiyada hamı Soft təkərlərini seçib. Maks ilk sessiyadakından pis getsə də, protokollara başçılıq edib. o və Ferrari sürücüləri ilk üçlükdə qərarlaşıblar və ikinci cəhdlərindən imtina ediblər. Peres isə növbəti dövrəsində komanda yoldaşını üstələyib – 1:29.925. Alonso isə ikinci olub. Şumaxer, Çjou, Tsunoda, Bottas və Rikkardo üçün də sıralanma turu başa çatıb.

Son sessiyada Okon, Həmilton və Rassell işlənmiş, qalanları isə yeni təkərlərlə mübarizəyə başlayıblar. Təkərlərini qızdıran Ferstappen sürətli dövrəsində olan Norrisə mane olub, britaniyalı sürücü toqquşmadan yayınmaq üçün trasdan çıxmalı olub. İnsidentin sıralanma turundan sonra araşdırılacağı bildirilib. 1:29.304-lük nəticə göstərən Maks ilk cəhdində lider olub. Lekler növbəti cəhdində yaxşı gəlsə də, son sektorda səhvə yol verib və əsas rəqibinə cüzi fərqlə uduzub.

Beləliklə, Maks Ferstappen mövsümdə 5-ci, karyerasında isə 18-ci poulunu qazanıb. Əgər yer itirməklə cəzalandırılmasa, sabah ilk cərgəni Şarl Lekler ilə paylaşacaq. İkinci cərgədə Sayns və Peres, üçüncü cərgədə isə Okon və Həmilton qərarlaşacaq.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 1 Maks Ferstappen Red Bull 1 1:30.224 3 3 1:30.346 3 1 1:29.304 7
2 16 Şarl Lekler Ferrari 3 1:30.402 3 9 1:30.486 3 2 1:29.314 7
3 55 Karlos Sayns Ferrari 2 1:30.336 3 6 1:30.444 3 3 1:29.361 7
4 11 Serxio Peres Red Bull 5 1:30.622 3 1 1:29.925 6 4 1:29.709 6
5 31 Esteban Okon Alpine 6 1:30.696 6 4 1:30.357 6 5 1:30.165 6
6 44 Kyuis Həmilton Mercedes 11 1:30.906 8 5 1:30.443 6 6 1:30.261 6
7 14 Fernando Alonso Alpine 4 1:30.603 3 2 1:30.343 6 7 1:30.322 6
8 63 Corc Rassell Mercedes 7 1:30.865 7 7 1:30.465 6 8 1:30.389 6
9 5 Sebastyan Fettel Aston Martin 15 1:31.256 6 10 1:30.656 6 9 1:30.554 6
10 4 Lando Norris McLaren 9 1:30.881 7 8 1:30.473 6 10 1:31.003 5
11 3 Daniel Rikkardo McLaren 8 1:30.880 5 11 1:30.659 6
12 77 Valtteri Bottas Alfa Romeo 14 1:31.226 6 12 1:30.709 6
13 22 Yuki Tsunoda AlphaTauri 12 1:31.130 9 13 1:30.808 6
14 24 Quanyu Çjou Alfa Romeo 10 1:30.894 6 14 1:30.953 6
15 47 Mik Şumaxer Haas 13 1:31.152 6 15 1:31.439 6
16 23 Aleksander Elbon Williams 16 1:31.311 6
17 10 Pyer Qasli AlphaTauri 17 1:31.322 9
18 20 Kevin Maqnussen Haas 18 1:31.352 6
19 18 Ləns Stroll Aston Martin 19 1:31.419 6
20 6 Nikolas Latifi Williams 20 1:31.511 8
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*