F-1.az bildirir ki, Suzukada ilin bu vaxtı hər şeyi hava şəraiti müəyyən edir – bu gün yağış yağıb, sürücülər yağış təkərləri ilə başlayıblar və sonra tras müəyyən qədər quruduqda keçid təkərlərdən istifadə ediblər.
Mik Şumaxer sessiyada iştirak etməyib – səhərki qəzaya görə onun maşınını yalnız sabaha hazır edə biləcəklər.
Sessiya sakit keçib, yalnız kiçik insidentlər yaşanıb – Tsunoda 8-ci, Peres və Lekler isə 11-ci döngədə trasdan çıxıblar. Şarl əyləclərdən şikayətlənib və boksa qayıdıb.
Ən sürətli dövrəni 1:41.935 ilə Corc Rassell vurub. Məşqlər sabah davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 63 | Corc Rassell | Mercedes | 1:41.935 | – | 23 |
2 | 44 | Lyuis Həmilton | Mercedes | 1:42.170 | + 0:00.235 | 22 |
3 | 1 | Maks Ferstappen | Red Bull | 1:42.786 | + 0:00.851 | 24 |
4 | 11 | Serxio Peres | Red Bull | 1:42.834 | + 0:00.899 | 26 |
5 | 47 | Kevin Maqnuusen | Haas | 1:43.187 | + 0:01.252 | 17 |
6 | 55 | Karlos Sayns | Ferrari | 1:43.204 | + 0:01.269 | 23 |
7 | 14 | Fernando Alonso | Alpine | 1:43.533 | + 0:01.598 | 14 |
8 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:43.733 | + 0:01.798 | 20 |
9 | 31 | Esteban Okon | Alpine | 1:43.884 | + 0:01.949 | 13 |
10 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:44.525 | + 0:02.590 | 17 |
11 | 16 | Şarl Lekler | Ferrari | 1:44.709 | + 0:02.774 | 10 |
12 | 6 | Nikolas Latifi | Williams | 1:44.962 | + 0:03.027 | 16 |
13 | 23 | Aleksander Elbon | Williams | 1:45.039 | + 0:03.104 | 15 |
14 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:45.257 | + 0:03.322 | 26 |
15 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:45.261 | + 0:03.326 | 24 |
16 | 4 | Lando Norris | McLaren | 1:45.885 | + 0:03.950 | 11 |
17 | 3 | Daniel Rikkardo | McLaren | 1:46.030 | + 0:04.095 | 9 |
18 | 18 | Ləns Stroll | Aston Martin | 1:46.776 | + 0:04.841 | 21 |
19 | 10 | Pyer Qasli | AlphaTauri | 1:47.109 | + 0:05.174 | 13 |
20 | 47 | Mik Şumaxer | Haas | – | – | 0 |