Yaponiya-2022: Həftəsonuna hava proqnozu

Yaponiya Qran Prisi günləri üçün gələn proqnozlar dəyişkən hava şəraiti vəd edir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə və şənbə günlərində hava sərin, lakin günəşli olacaq. Mülayim qərb küləyi əsəcək, temperatur +14 dərəcəni keçməyəcək.

Bazar gününə gözlənilən maksimal temperatur +13 dərəcədir. Hava buludlu olacaq, yağıntı ehtimalı isə 75%-dir.

Xatırladaq ki, burada son dəfə 2019-cu ildə baş tutan yarış həftəsonunda cümə günü hava quru olsa da, Hagibis tayfununa görə şənbə günü məşqləri ləğv edilmiş, sıralanma turu isə bazar günü səhərə keçirilmişdi.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*