Yaponiya-2022: Birinci sərbəst yürüşlər

F1 2019-cu ildən bəri ilk dəfə gündoğan ölkəyə qayıdıb. Lakin çempionatın iştirakçıları ilk məşqdə Günəşi görməyiblər - hava buludlu və yağışlı olub.

F-1.az bildirir ki, proqnozlar yaxın dəqiqələrdə havanın düzələcəyini vəd etmədiyi üçün heç kim boksları tərk etməyə tələsməyib. Startdan 5 dəqiqə sonra Maqnussen və Tsunoda yağış təkərləri ilə trasa çıxıblar, lakin nəticə göstərmədən geri qayıdıblar. Daha 10 dəqiqə sonra isə artıq trasa çıxan sürücülərin sayı artıb – bəziləri bir dövrə vuraraq qayıdıb, bəziləri isə bir az məsafə qət etmək qərarına gəlib.

Ferstappen yarım saatın sonunda keçid təkərlərdən istifadə edən ilk sürücü olub. Elə bu anda Latifinin çınqıllığa düşməsinə görə sarı bayraqlar peyda olub. Sürücü yoluna davam edə bilib.

Yağış dayanıb və tras qurumağa başlayıb. Sürücülər yaşıl təkərlərə keçməyə başlayıblar. Sürətlər tədricən artıb və daha uzun məsafələr qət edilib. Lekler və Rikkardo trasdan çıxsa da, ciddi bir şey baş verməyib.

Yekuna 15 dəqiqə qalmış yağış güclənib və hamı pit yoluna üz tutub. Son dəqiqələrdə bir sıra sürücülər yağış təkərlərlə yenidən cəhdlər etsələr də, nəticələrini yaxşılaşdıra bilməyiblər. Boksa qayıdan Şumaxer 7-ci döngədə idarəetməni itirərək qəza edib.

Protokollara Fernando Alonso başçılıq edib – 1:42.248. Məşqlər bir neçə saat sonra davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 14 Fernando Alonso Alpine 1:42.248 7
2 55 Karlos Sayns Ferrari 1:42.563 + 0:00.315 15
3 16 Şarl Lekler Ferrari 1:42.634 + 0:00.386 16
4 31 Esteban Okon Alpine 1:43.022 + 0:00.774 5
5 20 Kevin Maqnussen Haas 1:43.258 + 0:01.010 15
6 1 Maks Ferstappen Red Bull 1:43.362 + 0:01.114 4
7 47 Mik Şumaxer Haas 1:43.761 + 0:01.513 13
8 4 Lando Norris McLaren 1:43.889 + 0:01.641 7
9 77 Valtteri Bottas Alfa Romeo 1:43.969 + 0:01.721 13
10 11 Serxio Peres Red Bull 1:44.234 + 0:01.986 4
11 24 Quanyu Çjou Alfa Romeo 1:44.429 + 0:02.181 15
12 3 Daniel Rikkardo McLaren 1:44.486 + 0:02.238 8
13 44 Lyuis Həmilton Mercedes 1:44.558 + 0:02.310 6
14 18 Ləns Stroll Aston Martin 1:44.570 + 0:02.322 10
15 23 Aleksander Elbon Williams 1:44.791 + 0:02.543 9
16 10 Pyer Qasli AlphaTauri 1:44.878 + 0:02.630 12
17 6 Nikolas Latifi Williams 1:45.424 + 0:03.176 11
18 63 Corc Rassell Mercedes 1:46.103 + 0:03.855 4
19 22 Yuki Tsunoda AlphaTauri 1:46.192 + 0:03.944 16
20 5 Sebastyan Fettel Aston Martin 1:48.090 + 0:05.842 8
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*