Tom əfsanəvi “Le Manın 24 saatı” marafonunun ən uğurlu sürücülərindən sayılır, çünki Porsche, Audi və Bentley-nin sükanları arxasında bu yarışın 9 dəfə qalibi olub ki, bunlardan 7 qələbəni ardıcıl qazanıb.
F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Kristensenlə birlikdə həftəsonunun mübahisəli insidentlərini FİA-nın Apellyasiya Məhkəməsinin üzvü Niş Şetti və Avstraliya avtoidman konfederasiyasının keçmiş vitse-prezidenti Steven Çoppinq araşdıracaqlar.