F-1.az bildirir ki, ilk dəqiqələrdən Ferrari sürücüləri protokollara başçılıq ediblər – Rəykkönen komanda yoldaşından sürətli olub, Mercedes sürücüləri trasa çıxanda ilk damcılar asfalta düşməyə başlayıb. Əvvəlcə yağış çox zəif olduğu üçün sürücülər nəticələrini yaxşılaşdırmağa davam ediblər. Amma yağışın tədricən güclənməsi hamının səhv etməsi ilə nəticələnib, hətta Lyuis Həmilton sürətli dövrəsini tamamlaya bilməyib və hamı kimi boksa qayıdıb.
Amma tezliklə yağış qurtarıb və güclü külək sayəsində tras sürətlə quruyub. Sürücülər trasa sliklərlə qayıdıblar və nəticələri yaxşılaşdırmağa başlayıblar. Fettel sürətini artıraraq, komanda yoldaşını qabaqlayıb, Lyuis isə protokolların ilk sətrini ələ keçirib. Amma limitləri axtaran sürücülər səhvlərlə yadda qalıblar – Kimi Rəykkönen tras kənarına səyahət edib, Şarl Lekler maşını itirib və çətinliklə ram edib.
Sessiyanın sonuna sayılı dəqiqələr qalanda qırmızı bayraqlar yellənib – Niko Hülkenberq 5-ci döngədə porebrikə hücum zamanı idarəetməni itirərək qəzaya uğrayıb. Renault-nun təxliyəsi üçün zaman lazım olduğu üçün sessiya yenidən canlanmayıb…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes | 1:29.599 | – | 13 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:29.715 | + 0:00.116 | 14 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:30.054 | + 0:00.455 | 13 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:30.304 | + 0:00.705 | 13 |
5 | 77 | Valtteri Bottas | Mercedes | 1:30.422 | + 0:00.823 | 13 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:30.474 | + 0:00.875 | 10 |
7 | 31 | Esteban Okon | Racing Point | 1:31.088 | + 0:01.489 | 12 |
8 | 11 | Serxio Peres | Racing Point | 1:31.483 | + 0:01.884 | 12 |
9 | 55 | Karlos Sayns | Renault | 1:31.513 | + 0:01.914 | 14 |
10 | 20 | Kevin Maqnussen | Haas | 1:31.521 | + 0:01.922 | 13 |
11 | 8 | Roman Qrojan | Haas | 1:31.636 | + 0:02.037 | 14 |
12 | 16 | Şarl Lekler | Sauber | 1:31.760 | + 0:02.161 | 14 |
13 | 28 | Brendon Hartli | Toro Rosso | 1:32.030 | + 0:02.431 | 13 |
14 | 18 | Ləns Stroll | Williams | 1:32.201 | + 0:02.602 | 14 |
15 | 27 | Niko Hülkenberq | Renault | 1:32.224 | + 0:02.625 | 12 |
16 | 9 | Markus Eriksson | Sauber | 1:32.442 | + 0:02.843 | 10 |
17 | 14 | Fernando Alonso | McLaren | 1:32.608 | + 0:03.009 | 14 |
18 | 35 | Sergey Sirotkin | Williams | 1:32.631 | + 0:03.032 | 14 |
19 | 2 | Stoffel Vandorn | McLaren | 1:33.034 | + 0:03.435 | 13 |
20 | 10 | Pyer Qasli | Toro Rosso | 1:33.105 | + 0:03.506 | 10 |