Yaponiya-2018: Pirelli – Medium, Soft və SuperSoft

Pirelli əfsanəvi Suzuka trasına keçən il gətirdiyi tərkiblərlə gələcək - Yaponiyada təkərlər çox yüklənirlər.

F-1.az xatırladır ki, bu il italyanlar daha yumşaq təkərlər hazırlayıblar, amma Suzukada yüklənmənin çox olmasına baxmayaraq, istehsalçı yenə də komandaların cəmi bir dəfə təkər dəyişəcəyini düşünür…

Mario İzola: “Suzukada təkərlərin yüklənməsi təqvimdə ən yüksək olacaq, ona görə də uzun məsafədə təkərlərin yeyilməsi və dağılması adət etdiyimizdən yüksək olacaq. Təqvimdə yeganə trasdır ki, 8 rəqəmini xatırladır, ona görə də təkərlərin həm sol, həm də sağ tərəfdən yeyilməsi təxminən bərabərdir.

Keçən il sürücülər yarışda cəmi bir dəfə pit-stop etmişdilər, amma buna qədər ən azı 3 dəfə edirdilər. Ona görə də bu il komandaların strategiyaları maraq doğurur – təkərlər daha yumşaq, maşınlar isə daha sürətlidir, ona görə də variantların sayı da çoxdur.

Aydın məsələdir ki, komandalar həmişə minimum pit-stopa çalışırlar, amma Suzukada pit-stopa az vaxt sərf edildiyi üçün hətta iki pit-stoplu strategiya daha sürətli alına bilər…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*