F-1.az avtodromun rəsmi saytına istinadən bildirir ki, cümə günü səma buludlu olacaq, zəif cənub-şərq küləyi əsəcək, qısamüddətli yağış yağacaq, temperatur isə +24 dərəcəyədək qızacaq.
Şənbə günü bəzi vaxtlarda yağış yağsa da, termometrlər +26 dərəcəni göstərəcəklər.
Bazar günü yarışa qədər yağışlı olacaq, amma sonra buludlar dağılacaq və aydın səma altında hərarət +27 dərəcəyə çatacaq.
Xatırladaq ki, keçən il cümə günü yağış yağsa da, şənbə və bazar günləri sürücülər quru trasda işləmişdilər…