F-1.az bildirir ki, ilk dəqiqələrdən Red Bull sürücüləri sürətli olublar, amma Mercedes sürücüləri onları keçərək protokollara başçılıq ediblər. Xüsusən də Həmilton çox sürətli olub – britaniyalı sürücü öz komanda yoldaşından belə bir baş üstün olub. Ferrari sürücüləri elə də inamlı olmayıblar, həm də Rəykkönen yenə də Fetteldən sürətli olub.
İnsidentsiz ötüşməyib. Sessiyanın ortasında Pyer Qasli şikananın qarşısında gözlənilmədən sürətini azaldıb, bu isə arxadan sürətlə gələn Həmilton üçün sürpriz olub – Lyuis şikananı kəsərək trasdan çıxmalı olub. Hazırda stüardlar insidenti araşdırırlar.
Bir neçə dəqiqədən sonra Alonso Degner 1 döngəsində trasdan çıxaraq çınqıllığa düşüb, amma boksa qayıda bilib. Daha bir neçə dəqiqədən sonra Qasli otluq sahəyə çıxıb, amma o da maşını zədələməyib.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes | 1:28.691 | — | 25 |
2 | 77 | Valtteri Bottas | Mercedes | 1:29.137 | + 0:00.446 | 26 |
3 | 3 | Daniel Rikkardo | Red Bull | 1:29.373 | + 0:00.682 | 32 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:29.627 | + 0:00.936 | 20 |
5 | 5 | Sebastyan Fettel | Ferrari | 1:29.685 | + 0:00.994 | 20 |
6 | 33 | Maks Ferstappen | Red Bull | 1:29.841 | + 0:01.150 | 30 |
7 | 31 | Esteban Okon | Racing Point | 1:30.591 | + 0:01.900 | 28 |
8 | 8 | Roman Qrojan | Haas | 1:30.814 | + 0:02.123 | 22 |
9 | 16 | Şarl Lekler | Sauber | 1:30.929 | + 0:02.238 | 27 |
10 | 9 | Markus Eriksson | Sauber | 1:31.073 | + 0:02.382 | 29 |
11 | 10 | Pyer Qasli | Toro Rosso | 1:31.073 | + 0:02.382 | 20 |
12 | 55 | Karlos Sayns | Renault | 1:31.100 | + 0:02.409 | 23 |
13 | 11 | Serxio Peres | Racing Point | 1:31.272 | + 0:02.581 | 29 |
14 | 20 | Kevin Maqnussen | Haas | 1:31.274 | + 0:02.583 | 28 |
15 | 27 | Niko Hülkenberq | Renault | 1:31.418 | + 0:02.727 | 18 |
16 | 18 | Ləns Stroll | Williams | 1:31.508 | + 0:02.817 | 27 |
17 | 28 | Brendon Hartli | Toro Rosso | 1:31.908 | + 0:03.217 | 23 |
18 | 14 | Fernando Alonso | McLaren | 1:32.034 | + 0:03.343 | 21 |
19 | 35 | Sergey Sirotkin | Williams | 1:32.513 | + 0:03.822 | 26 |
20 | 47 | Lando Norris | McLaren | 1:32.683 | + 0:03.992 | 30 |