F-1.az bildirir ki, onlar müxəlif proqramlar üzrə işləyiblər. Ferrari sürücüləri uzun dövrələr vurmağa başlayıblar, ona görə onların tempi nisbətən aşağı olub. Mercedes sürücüləri isə əksinə, daha yaxşı dövrəvi nəticə üçün çalışıblar və trasın mütləq rekorduna çox yaxınlaşıblar. Red Bull sürücüləri trasa bir qədər gec çıxsalar da, intensiv işləyiblər.
Ən yaxşı nətcəni göstərən Valtteri Bottas sessiyanın ortalarında 14-cü döngədə idarəetməni itirib və baryerə çırpılıb. Maşının antiqanadı qırılıb, arxa hissəsinə zərər dəyib. Finlandiyalı sürücü maşını boksa çatdıra bilib, lakin trasda qırıntılar çox olduğundan, sessiya qırmızı bayraqlarla dayandırılıb. Bir neçə dəqiqə sonra yaşıl bayraqlar dalğalanıb və bütün sürücülər trasa qayıdıblar, lakin heç kim sürətli dövrə vura bilməyib.
Kimi Rəykkönen ikinci Danger döngəsində idarəetməni itirib. Maşının asılqanı sınıb və Kimi boksa tibbi maşında qayıtmalı olub. Onun maşını tez evakuasiya olunub və sessiyaya restart verilib. Bütün peleton bu dəfə də dərhal trasa çıxıb. Lakin Bottasın nəticəsini yaxşılaşdıran olmayıb. Bizi Bakı vaxtı ilə saat 10:00-da maraqlı sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:29.055 | – | 9 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:29.069 | + 0:00.014 | 19 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:29.379 | + 0:00.324 | 23 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:29.910 | + 0:00.855 | 15 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:30.018 | + 0:00.963 | 13 |
6 | 31 | Esteban Okon | Force İndia | 1:30.109 | + 0:01.054 | 12 |
7 | 27 | Niko Hülkenberq | Renault | 1:30.315 | + 0:01.260 | 19 |
8 | 14 | Fernando Alonso | McLaren | 1:30.424 | + 0:01.369 | 13 |
9 | 11 | Serxio Peres | Force İndia | 1:30.563 | + 0:01.508 | 12 |
10 | 30 | Colion Palmer | Renault | 1:30.764 | + 0:01.709 | 22 |
11 | 19 | Felipe Massa | Williams | 1:30.764 | + 0:01.709 | 21 |
12 | 2 | Stoffel Vandorn | McLaren | 1:30.770 | + 0:01.715 | 18 |
13 | 55 | Karlos Sayns | Toro Rosso | 1:30.799 | + 0:01.744 | 23 |
14 | 20 | Kevin Maqnussen | Haas | 1:30.982 | + 0:01.927 | 12 |
15 | 18 | Ləns Stroll | Williams | 1:31.011 | + 0:01.956 | 20 |
16 | 10 | Pyer Qasli | Toro Rosso | 1:31.353 | + 0:02.298 | 25 |
17 | 8 | Roman Qrojan | Haas | 1:31.459 | + 0:02.404 | 13 |
18 | 9 | Markus Eriksson | Sauber | 1:32.579 | + 0:03.524 | 22 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:32.698 | + 0:03.643 | 21 |
20 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:33.962 | + 0:04.907 | 12 |